Ru
08:42 / 07 Fevral 2020

Deputat sizə nə üçün lazımdı, ay camaat?!

7873

Natiq Məmmədli

Deputat sizə nə üçün lazımdı, ay camaat?!

Oğlunuzu işə düzəltmək üçün? Qızınızın cehizinə kömək eləmək üçün?

Dərman reseptinə pul vermək üçün? Yollarınıza yamaq vurmaq üçün? Məktəbin damını təmir eləmək üçün?

Əziz vətəndaş, özün də bilirsən ki sənin ürəyindən keçənlərin heç biri deputatın səlahiyyətinə daxil deyil. Sənin səs verib seçəcəyin adam sadəcə Milli Məclisdə sənin sözünü deyə bilər, bu qədər!

Bir nəfər seçici soruşmur ki, ay namizəd ölkədə gedən islahatların məzmunu ilə bizi tanış elə. De görək sən bu islahatlara nə töhfə verəcəksən? Azərbaycan, Ermənistan xarici işlər nazirləri bağlı qapılar arxasında iki gün 7 saat nədən danışıblar? Qarabağ söhbətlərindən ağlın nə kəsir?

“Mən xəstə olanda sən hardaydın, ayə?”,- deyib bağırırsan! And olsun inandığımız kitaba, sən yatağa düşəndə onun yerinə seçiləcək şəxsin telefonuna heç zəng də çatmayacaq!

Seçim eləmək mədəniyyətin elə bir səviyyəsidi ki, ora yüksəlmək lazımdı, o heç vaxt sənin səviyyənə düşməyəcək!

Bu seçki kampaniyasından gəldiyim qənaət budur – biz hələ də məişət xalqıyıq və bunu hər gün israrla sübut eləməkdən yorulmuruq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər