Oktyabrın 19-da Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin "Made in Azerbaijan" adı altında paylaşdığı statuslardan bəhs etmişdiç. O, son günlər Əli Əhmədov, Fatma Yıldırım, Zahid Oruc, Ramiz Mehdiyevin adından uydurma xəbərlər yayıb. Məhəmməd Mirzəli uzun müddətdir ki, belə saxtakarlıqla məşğul olur. Adam kiminsə adından uydurma bir sitat təqdim edir. Maraqlıdır ki, bu uydurma açıqlamalar şəbəkə istifadəçiləri tərəfindən dönə-dönə paylaşılır. Bu kimi saxta xəbərlərə minlərlə adam “bəyənmə” atır.
Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli deyib.
O bildirib ki, peşəkar kimi tanınan Sevinc Osmanqızı da saxta açıqlama ilə bağlı Yutub üzərindən "Osmanqızı TV" proqramında "Otel qalmaqalı"ndan danışır:
“Sadə insanları başa düşdük. Onlar Məhəmməd Mirzəlinin toruna düşürlər. Bəs, S.Osmanqızı?
Yeri gəlmişkən, Sevinc Osmanqızının da haqqında danışdığı uydurma sitatı 1.500-dən çox adam bəyənib. 963 adam şərh yazıb. 64 adam isə həmin statusu təkrar paylaşıb...”
Qeyd edək ki, G.Ağamalı, sabiq millət vəkili Fəzail Ağamalının qızı, deputat günay Ağamalının adından belə bir yalan yayılıb: “Atam həmişə mənə deyərdi ki, otelə gedəndə diqqətli ol. Ümumiyyətlə, Bakıda otellərdən uzaq dur, çünki Ramiz Mehdiyev otellərdə tanışları vasitəsilə Milli Məclisin xanım deputatlarının video görüntülərini çəkdirirdi. İstər atam deputat olanda, istərsə də indi – özüm deputat olduğum dövrdə – otellərdən uzaq durmuşam. Sadəcə, lazım gəldikdə günlük evlərdə qalmışam.
Beləcə, xalqımıza həm xeyir vermiş, həm də otellərdə çəkilən təhlükəli, ailə dağıdan videolardan qorunmuş olmuşam. Bildiyimə görə, bir çox millət vəkilinin ailəsi həmin videolara görə dağılıb. Ramiz Mehdiyevə qarşı söz deyənin videosu dərhal həyat yoldaşına göndərilirdi. Milli Məclisdə Ramiz Mehdiyevin həbs xəbəri yayılanda buna ilk sevinən xanım deputatlar idi”.
Asena,
BakuPost