Ru
13:56 / 03 Sentyabr 2019

Dərsliklərin çəkisi yüngülləşdirilir

1804
Azərbaycanda dərsliklərin çəkisi yüngülləşdirilir.

Təhsil Nazirliyindən BakuPost-a bildirilib ki, dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində qurum tərəfindən müəyyən işlər görülüb.

Qeyd olunub ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq iki hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Nazirlik bəyan edir ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də iki hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər