Ru
15:06 / 15 May 2026

Dilqəm Əsgərov: “Bu erməni qadın gizlicə mənə…” - FOTO

Dilqəm Əsgərov: “Bu erməni qadın gizlicə mənə…” - FOTO
Eye

Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovun sabiq vəkili Erik Beqlaryan iddia edib ki, müvəkkilinə yaxşı münasibət göstərilib, təzyiq edilməyib və hüquqları qorunub. O, həmçinin Dilqəm Əsgərov barəsində çıxarılan hökmün qanuni olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Dilqəm Əsgərov E.Beqlaryanın işgəncə ilə bağlı iddialarının əsassız olduğunu deyib.

O bildirib ki, Şuşa həbsxanasında işgəncələrə məruz qalıb:

“7 il Şuşa həbsxanasında qaldım. Orada mənə işgəncələr verirdilər. Döyüldüm, əzildim, barmaqlarım qırıldı, elektrik cərəyanı verdilər, dırnaqlarımı kəlbətinlə dartdılar. İndi deyir ki, işgəncə görməyib? Mənə çıxarılan hökm də qanunsuz idi. Mən öz torpağıma səfər etmişdim. Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim”.

D.Əsgərov əsirlikdə olarkən ona yaxşı davranan qadından da danışıb:

“Ermənistanın həmin dövrdəki ombudsmanı və “Hüquqi özbaşınalığa qarşı” QHT-nin rəhbəri Larisa Alaverdiyan sağ olsun. Mənə 5-6 dəst yeni, etiketləri üzərində olan geyimlər gətirmişdi. Hətta elə vaxt olub ki, mənim üçün qəzetə bükülmüş kotlet də gətirib. Bunları dana bilmərəm. Lakin ümumilikdə orada haqsızlığa və işgəncələrə məruz qalmışam”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar