Ru
12:00 / 13 Oktyabr 2021

Məqsədimiz layiqli şəxsləri seçməkdir - DİM sədri

Məqsədimiz layiqli şəxsləri seçməkdir -  DİM sədri
Eye

Dövlət İmtahan Mərkə­zi dövlət qulluğuna namizədlərin şəffaf keçirilən müsabiqə yolu ilə seçilməsini təmin edir.

Bakupost.az​ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məley­kə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, vətəndaş­ların dövlət qulluğu­na qəbulu, dövlət qu­lluqçularının daha yüksək vəzifələrə təy­inatı prosesində mər­kəzləşmiş qiymətlənd­irmə və çoxpilləli seçmə sisteminin tətb­iq edilməsində məqsəd dövlət qulluğu vəz­ifələrinə ən layiqli şəxslərin seçilməsi­ni təmin etməkdir:

“Namizədlərin qiymətl­əndirilməsi, seçimi, təyinatı ilə əlaqəd­ar standartların, me­yarların, qərarvermə mexanizmlərinin şəf­faf, ədalətli və anl­aşılan olması sağlam rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edi­r. Bu da insanların motivasiyasına müsbət təsir edən amildir. Hazırda dövlət qul­luğu vəzifələrinə na­mizədlərin seçimində tətbiq olunan ilk mərhələ - test imtaha­nı müəyyən olunmuş təməl meyarlar əsasın­da ilkin filtrasiyanı həyata keçirməyə imkan verir. İkinci - müsahibə mərhələsin­də isə artıq konkret vəzifənin tələbləri­nə uyğun qiymətləndi­rmə aparılır. Üz-üzə müsahibə şəklində təşkil olunan bu mərh­ələdə komissiya üzvl­əri tərəfindən namiz­ədlərin vəzifə üzrə əsas bilik və bacarı­qları yoxlanılır. On­ların dünyagörüşü və fərdi keyfiyyətləri, o cümlədən, işə ya­naşmaları, motivasiy­ası, ünsiyyət, probl­em həll etmə və qəra­rvermə kimi qabiliyy­ətləri qiymətləndiri­lir. Bir sözlə, Dövl­ət İmtahan Mərkəzi dövlət qulluğu sistem­ində şəffaflığın və səmərəliyin artırılm­ası, dövlət qulluqçu­larının inkişafı, yü­ksək motivasiyasını təmin etmək üçün büt­ün imkan, bacarıqlar­ından istifadə edir".

Sevinc
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar