Ru
11:24 / 02 May 2026

Diplomatlar Laçına yola düşdü

Diplomatlar Laçına yola düşdü
Eye

Diplomatlar Laçına yola düşdü

12 Punto 14 Punto 16 Punto 18 Punto
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlığı davam edir.

Bakupost.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə iştirakçılar Laçın rayonuna yola düşüblər.

Səfər çərçivəsində Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Diplomatların "Laçın" İstirahət Kompleksinin ziyarəti də nəzərdə tutulur.

Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir. Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar