Ru
22:25 / 31 Yanvar 2026

DİQQƏT: İşə getmədən də maaş ala bilərsiniz

DİQQƏT: İşə getmədən də maaş ala bilərsiniz
Eye

“İşə getmədinsə, maaş da yoxdur” düşüncəsi cəmiyyətdə uzun illərdir dəyişməz bir qayda kimi qəbul olunur.

Bu isə ictimaiyyətdə haqlı suallar doğurur: İşə getmədən əmək haqqı almaq mümkündürmü?

Bakupost.az xəbər verir ki, Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu məsələyə aydınlıq gətirən konkret müddəaların mövcud olduğunu bildirib:

“Məcəllənin 230-cu maddəsinə əsasən, işçilərin təqsiri olmadan müəssisələrdə və ya iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırılması hallarında işçilərin iş yeri və vəzifəsi saxlanılır, eyni zamanda onların orta aylıq əməkhaqqı ödənilir.

Bu norma işçilərin hüquqlarının qorunmasına xidmət edir və təhlükəsizlik tələblərinin pozulması səbəbindən yaranan fasilələrə görə əməkdaşların maddi zərərə məruz qalmasının qarşısını alır”.

Onun fikrincə, işin dayanmasına işçinin özü səbəb olmadıqda, əməkhaqqının saxlanılması tam qanuni hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar