Ru
22:00 / 31 Yanvar 2026

Süleyman Mikayılov vəzifədən azad olunmasından DANIŞDI

Süleyman Mikayılov vəzifədən azad olunmasından DANIŞDI
Eye

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.

İcra başçısının işdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bura rüşvət, rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisinə gözyummaq, rayonda abadlıq quruculuq işlərinin aparılmaması kimi məsələlər daxildir.

Bakupost.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.

O, “Vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:

“Bir az başım qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm ki, nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.

Keçmiş başçı söhbəti bununla yekunlaşdırıb.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar