Ru
00:06 / 11 Sentyabr 2019

Direktorların əmək haqqı ilə bağlı qərar verildi

8749
Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” qərarında dəyişiklik edib.

BakuPost-un
məlumatına görə, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının, direktor müavinlərinin, baş mühasiblərinin və dərs hissə müdirlərinin aylıq vəzifə maaşlfrə artırılıb.

Beləliklə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manatdan 660 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manatdan 595 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manatdan 530 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər