Ru
23:49 / 21 May 2026

"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə

"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
Eye

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı müğənni Doğuş Seda Sayanın proqramında qonaq olub.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, Doğuş proqramda Xoşqədəmlə necə tanış olmasından söz açıb:

"Mən addım atmadım, birbaşa ona doğru qaçdım. İlk dəfə diqqətimi o qədər də çəkmədi. Gözəl qadın idi. Amma bizdə də gözəllər var. Ondan bir gün sonra kimsəsiz, əlilliyi olan uşaqlarla görüşə getdik. Onlara şəfqətlə yaxınlaşması, öpməsi, iyrənməməsi marağımı cəlb etdi. Bu hissi ancaq mən anlaya bilərəm. Elə bil ki, həmin an qanadları çıxdı, nəsə baş verdi".

Proqram əsnasında Seda Sayan Doğuşa saçlarının niyə ağ olmasını irad bildirərək "Xoşqədəm, biz bu oğlanı sənə belə vermişdik, nə etmisən?" deyə, zarafat edib. Cütlük cavabında təbii saç rəngini daha çox sevdiklərini və Doğuşa bu rəngin yaraşdığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar