ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Vremya Pervoqo" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Lukaşenkonun ABŞ nümayəndə heyəti ilə danışıqlarından sonra açıqlayıb. Onun sözlərinə görə, şəxsi mesaj ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Kol vasitəsilə dövlət başçısına çatdırılıb.
Müraciətdə ABŞ prezidenti və birinci xanım Belarus tərəfinə və şəxsən Lukaşenkoya qonaqpərvərliyə, eləcə də Belarus tərəfinin əvvəllər onlara verdiyi hədiyyələrə görə təşəkkür ediblər. Tramp cütlüyü, həmçinin Lukaşenkonun Milad bayramını təbrik ediblər.