Ru
16:18 / 24 Aprel 2019

“Dövlət büdcəsini arxa otaqlara, nifaqa xərcləyənlər...” – Naşirdən ittiham

3524
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı kitabların nəşrinə pul ayırmaqdan imtina edib.


 BakuPost xəbər verir ki, "Qanun” nəşriyyat evinin sahibi Şahbaz Xuduoğlu AXC ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin üç dildə çap edilən "Azərbaycan Respublikası (1918-1920)” kitabının alınması üçün komitəyə müraciət edib. Bununla bağlı naşir  öz feysbuk hesabında yazıb: 


"ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları "Azərbaycan Respublikası (1918-1920)" kitabı üç dildə nəşr etdik. Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun. Doğrusu, məktubuma cavab gəlməyəcək deyə, düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı. Cavab Məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb”.


Ş.Xuduoğlu qeyd edib ki, bundan əvvəlki komitə sədri Nazim İbrahimova da buna oxşar bir müraciəti olub və eyni cavabı alıb: "Eşitdiyimə görə öncəki komitə sədrinin arxa otağından Min-Bir Gecə nağıllarına bənzər bir mühit aşkar olubmuş.

 

Bunu yeni naziri təqdim edən yüksək dövlət məmuru da görübmüş. Nazim İbrahimova bir vaxt məktub göndərmişdim, Məhəmməd Əmin Rəsulzadənin kitabı ilə bağlı… Onda da büdcələrində kitaba pul yox idi. "Kitaba büdcədə yer yox” deyib dövlətin büdcəsini arxa otaqlarına, bağlarına, maşınlarına, şəxsi mənfəətlərinə, xaricdə yaşayanlar arasında nifaqa xərcləyənlər!”


“Dövlət büdcəsini arxa otaqlara, nifaqa xərcləyənlər...”  – Naşirdən ittiham
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər