Efiopiyada ilk dəfə yoluxucu "Marburq" virusunun yayıldığı rəsmən təsdiqlənib.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Efiopiyanın cənub bölgəsində, Cənubi Sudanla sərhəd yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, yeni aşkar edilən virus Şərqi Afrika ölkələrində əvvəlki epidemiyalarla eyni ştamı təşkil edir. ÜST Efiopiyaya ehtiyat fondundan 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.
Ölkənin sərhədlərində sanitar və karantin nəzarətinin gücləndiyi bildirilir. "Marburq"un aşkarlanması üçün test sistemi, eləcədə xəstəlikdən qorunmaq üçün vaksin hazırlanıb.