Bu gün Əfqanıstanın cənub-şərqində 5,5 bal gücündə zəlzələ olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" Almaniya Geoloji Elmlər Tədqiqat Mərkəzinə (GFZ) istinadən məlumat yayıb .
Dağıntılar və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanda dağıdıcı zəlzələ baş vermişdi.