Ru
16:57 / 04 May 2026

Əkilməyən torpaqlarla bağlı layihə hazırlanır

Əkilməyən torpaqlarla bağlı layihə hazırlanır
Eye

Kənd Təsərrüfatı Nazirliyində əkilməyən torpaqlarla bağlı layihə işlənilir.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev deyib.

"Bizim bir qanun layihəmiz var idi, təəssüf ki, sizə qədər çatdıra bilmədik. Qanun layihəsi çərçivəsində alt proqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexanizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı məsələn Yasərin adından Arifə icarəyə verir, icarə haqqını isə Yasərin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır. Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75 - 76 faiz torpaqlar 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu sizin üçün əlavə gəlir sahəsi ola bilər. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var",- deyə şöbə müdiri əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar