İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlunun mühafizəçisi saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, İmamoğlunun həbsindən sonra onun cangüdəni də İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin qrupları tərəfindən korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınıb.
Şübhəlinin polis idarəsindəki prosedurlarının davam etdiyi bildirilir.