Ru
20:34 / 28 Mart 2026

Eldar Əzizovun müavini ərazilərə baxış keçirdi, tapşırıqlar verdi - VİDEO

Eldar Əzizovun müavini ərazilərə baxış keçirdi, tapşırıqlar verdi - VİDEO
Eye

Mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.


Bu barədə Bakupost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, bəzi ərazilərdə ikinci gündür aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmış monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.

Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar