Ru
17:29 / 19 Noyabr 2021

Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istədi

Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istədi
Eye

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Eldar Həsənov bildirib ki, səhhəti tez-tez pisləşir. O, prosesin tezliklə yekunlaşmasını istədiyini deyib.

Daha sonra ittihamlara münasibət bildirən E.Həsənov özünü təqsirli bilmədiyini söyləyib.

Vəkillər bir neçə epizod üzrə əlavə şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Proses noyabrın 22-də davam etdiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar