Ru
16:12 / 26 İyun 2026

Elektriksiz işləyən soyuducu: Tərəvəzləri həftələrlə təzə saxlayır

Elektriksiz işləyən soyuducu: Tərəvəzləri həftələrlə təzə saxlayır
Eye

Nigeriyada hazırlanmış elektrik tələb etməyən xüsusi soyutma sistemi tərəvəz və meyvələrin daha uzun müddət təzə qalmasına imkan yaradır.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, gil, su və qumdan istifadə edilərək hazırlanan “Pot-in-pot” sistemi buxarlanma prinsipi ilə işləyir.

İki gil qabın arasına doldurulan nəm qum və yaş parça sayəsində daxili temperatur ətraf mühitdən 14 dərəcəyədək aşağı salınır.

Mütəxəssislərin sözlərinə görə, sistem isti və quru iqlimlərdə daha səmərəli işləyir. Rütubətli bölgələrdə isə buxarlanma zəiflədiyi üçün soyutma effekti azalır.

Elektriksiz işləyən bu sistem xüsusilə tərəvəz və meyvələrin saxlanması üçün ekoloji cəhətdən təmiz və aşağı maliyyətli alternativ hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar