Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verib.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı yaydığı məlumatda Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunduğu deyilir.
Yanğınsöndürənlərin çevik müdaxiləsi ilə “MAN” markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğının digər hissələrinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.