Ru
13:56 / 18 Yanvar 2021

Əli Həsənov haradadır? - YENİLƏNDİ

Əli Həsənov haradadır?   - YENİLƏNDİ
Eye

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Türkiyədən Azərbaycana gətirilib.

Bu iddia ilə Bizim.Media saytı çıxış edib.

"BakuPost"ın əməkdaşı məsələ ilə bağlı Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə əlaqə saxlayıb. Ona Ə.Həsənovun müalicədən sonra Azərbaycana qayıdıb-qayıtmamağı ilə bağlı sual verib. S.Vəliyeva sualı dinlədikdən sonra dəstəyi asıb.

***
16:16

Əli Həsənova yaxın adamlardan BakuPost-a verilən məlumata görə, xəbər həqiqəti əks etdirmir: “Əli Həsənov müəlicədən ötən ilin oktyabrın 1-də qayıdıb. Bu müddət ərzində o heç bir yerə getməyib. Bunu dəqiqləşdirmək elə də çətin iş deyil. Yayılan məlumat Əli Həsənov barədə növbəti dezinformasiyadan başqa bir şey deyil”.

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlib.



Şərhlər
  • Əli Həsənov

    Yalançının atasına lənət!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar