Ru
13:46 / 08 Oktyabr 2021

Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
Eye

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədova hökm oxunub.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 13 il azadlıqdan məhrum edilib. Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, dövlət ittihamçısı N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar