Ru
22:17 / 13 Oktyabr 2025

Əlisəmid Kür 3 il əvvəl öləcəyi vaxtı açıqlayıb...

Əlisəmid Kür 3 il əvvəl öləcəyi vaxtı açıqlayıb...
Eye

Bu gün dünyasını dəyişən şair Əlisəmid Kürlə bağlı maraqlı fakt ortaya çıxıb.

Bakupost.az Ölkə.Az-a istinadla xəbər verir ki, şair 2022-cü ildə verdiyi müsahibədə 2 il ömrünün qaldığını deyib:

“Bu günlərdə Anar müəllimin (AYB sədri, Xalq yazıçısı Anar - red.) yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var”,- deyə o kulis.az-a müsahibəsində bildirib.

Qeyd edək ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu qoyulan Ə.Kür bu ilin sentybarın 15-də xəstəxanaya yerləşdirilib. O, ailəsinin razılığı ilə oktyabrın 5-də xəstəxanadan evə buraxılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar