Ru
18:01 / 29 Noyabr 2021

Elşad Baratın şəhidlərə həsr etdiyi kitabının təqdimatı keçirildi - FOTOLAR

1766
Bu gün Biləsuvar rayonunda şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” adlı kitabının birinci cildinin təqdimat mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, şair Elşad Barat, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov tədbirdə çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız Vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb. F.Qürbətov bildirib ki, bu gün hər birimizin fəxr etdiyi zəfər bayramı 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb.Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı borcumuzdur. Şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabı da qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur.

Sonra Kitabın müəllifi Elşad Barat çıxış edərək kitabın ərsəyə gəlməsindən söz açıb. Bildirib ki, kitabda 100-ə yaxın şəhidə həsr olunmuş şeirlə yanaşı, hər şəhid haqqında ətraflı məlumat və şəkillər yer alır.

Təqdimatdan sonra xatirə olaraq şəhid ailələrinə kitablar verilib.

Sonda xatirə şəkli çəkilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər