Ru
16:08 / 17 Aprel 2026

Emin Ağalarovun bacısı xərçəng xəstəsi olan blogeri sərt tənqid etdi

Emin Ağalarovun bacısı xərçəng xəstəsi olan blogeri sərt tənqid etdi
Eye

Məşhur sahibkar Emin Ağalarovun bacısı Sabina xərçəng xəstəliyindən əziyyət çəkən bloger Valeriya Çekalinanı tənqid edərək, onun öz əməlinin cəzasını çəkməli olduğunu bildirib.

Bakupost.az anews.ru-ya istinadən xəbər verir ki, Sabina tanınmış şəxsləri və blogerləri “Lerçek” ləqəbli Valeriyanı müdafiə etməyi dayandırmağa çağırıb.

Qeyd edək ki, mədə xərçənginin dördüncü mərhələsilə mübarizə aparan Lerçek fevralın 26-da oğul anası olub. Uşağın atası isə argentinalı Luis Skviççiaridir.

Lerçekin keçmiş əri - Artyom Çekalindən 3 uşağı var. Artyom qanunsuz valyuta əməliyatında günahkar bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesinə Lerçek də cəlb edilib və həbs edilmə təhlükəsi yaranıb. Ancaq onun xərçənglə mübarizə aparması cinayət işinin müvəqqəti dayandırılması ilə nəticələnib.

Bundan sonra çoxsaylı tanınmışlar və blogerlər çoxuşaqlı ataya verilən cəzanın yüngülləşdirilməsi, Lerçekin isə xəstəliyinə baxmayaraq, yeni ana olmasının nəzərə alınması üçün çağırışlar ediblər. Bu da Sabinanın emosional reaksiyasına səbəb olub. O bildirib ki, Lerçek cinayət tədqiqatı dövründə teleşouya çıxaraq özünü aldadılmış kimi təqdim edir:

“Ardınca süni mayalanma metodu ilə Tanrını aldatmağa çalışır. Özündən körpə xilaskarı obrazı yaradıb. Amma Allah qarşıya hansısa bir test qoyubsa, onu aldatmaq deyil, həmin yoxlamadan keçmək lazımdır”.

Sabina bildirib ki, Lerçek və onun ailəsinə pislik etmək istəmir və onların çətinliklərin öhdəsindən gələ biləcəklərinə ümid edir. Amma bununla belə Çekalin ailəsinin bu qədər diqqət mərkəzində olması xoşuna gəlmir.

Fotoda Sabina Ağalarova:


Nurlan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar