Ru
18:00 / 11 Sentyabr 2019

Əmisi gəlinini qaçırdığı üçün öldürülən gəncin cinayət işi üzrə ibtidai istintaq başa çatdı

7794

Qubada əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbs edilən Şahmar Əsədov, Pərviz Əsədov, Sadıq Dadaşov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.


Qeyd edək ki, hadisə ötən il Qubanın Tülər kəndində baş verib. Rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb. Hadisə qısqancliq zəminində baş verib.


Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.


Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.


Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər