Ru
10:44 / 27 Oktyabr 2016

Ərdoğanla Obama arasında telefon danışığı – Mosulla bağlı qərar qəbul edildi

Ərdoğanla Obama arasında telefon danışığı –  Mosulla bağlı qərar qəbul edildi
Eye

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

BakiPost.az türk mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı əsas müzakirə olunan mövzu İŞİD-lə mübarizə məsələləri olub.

Obama Türkiyənin bu istiqamətdəki fəaliyyətini təqdirlə qarşıladıqlarını ifadə edib. Prezidentlər Suriya xalqı, Türkiyə, ABŞ və digər ölkələrə yönələn təhdidlərin azaldılması üçün hal-hazırdakı müvəffəqiyyətli prosesin və İŞİD-ə qarşı təzyiqlərin davam etdirilməsinin lazım olduğunu vurğulayıblar. Onlar həm də İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki lider İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

Ərdoğan və Obama, Şimali İraqda PKK-nın fəaliyyət göstərməsinə razılıq verilməməsinin vacib olduğu barəsində də razılığa gəldilər.

 

Əli

Bakı Post



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar