Türkiyə və Rusiya prezidentləri arasında ötən gecə telefon danışığı olub.
BakıPost Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin iki ölkə arasındakı siyasi, ticarət - iqtisadi və digər məsələlər barədəki sualların həlli yolları barədə söhbət ediblər.
Eləcə də, prezidentlər Suriya krizisinin yoluna qoyulması və İraqın Mosul şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatları barədədə fikir mübadiləsi ediblər. Rusiya tərəfi "Cihad ən - Nusra" qruplaşmasının və ona oxşar terrorçu birləşmələrin tərksilah edilməsində birgə fəaliyyət göstərməyin vacib olduğunu xüsusi qeyd edib.