Ru
13:56 / 04 Noyabr 2025

Ərdoğan İrəvana səfər edəcək? - Paşinyan AÇIQLADI

Ərdoğan İrəvana səfər edəcək? - Paşinyan AÇIQLADI
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin may ayında keçiriləcək Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün İrəvana səfər edəcəyinə ümid etdiyini bildirib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə illik "Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, son illərdə o və Türkiyə lideri müxtəlif beynəlxalq formatlarda daimi əlaqə saxlayıblar.

“Mən Türkiyəyə iki dəfə səfər etmişəm, o cümlədən işgüzar səfərim də kifayət qədər uğurlu olub. Həmin səfər zamanı prezident Ərdoğanı 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət etdim. Səfərin ehtimalı barədə şərh vermək düzgün olmazdı, amma ümid edirəm ki, dəvət qəbul ediləcək”, – Paşinyan vurğulayıb.

Baş nazir Ermənistan və Türkiyə arasında münasibətlərin konstruktiv şəkildə inkişaf etdiyini qeyd edib. O, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının sadəcə “zaman məsələsi” olduğunu əlavə edib.

“Ermənistan və Türkiyə arasında münasibətlər düzgün yoldadır”, – deyə Paşinyan yekunlaşdırıb.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar