Ru
12:06 / 02 Mart 2026

Öldüyü deyilən yeni ali dini lider paylaşım etdi - YENİLƏNDİ

Öldüyü deyilən yeni ali dini lider paylaşım etdi - YENİLƏNDİ
Eye

İranın Ali Lideri vəzifəsini icra edən Əlirza Ərəfi İsrailə qarşı yeni bir hücuma hazırlıqların aparıldığını açıqlayıb. Onun bu açıqlaması video mesaj şəklində sosial şəbəkədə yayımlanıb.

Bakupost.az xəbər verir ki, Ayətullah Ərəfinin hesabı daha sonra platformanın təhdidlərə dair qaydalarını pozduğuna görə bloklanıb.


Hadisə regionda gərginliyi artırmaqla yanaşı, İran-İsrail münasibətlərindəki mövcud qarşıdurmanın dərinləşməsi ehtimalını gündəmə gətirir.

***

11:24

Yayılan, lakin hələlik rəsmi şəkildə təsdiqlənməmiş məlumatlara görə, Xameneinin dünən yerinə təyin olunan İran rejiminin müvəqqəti ali dini lideri, Müvəqqəti Rəhbərlik Şurasının üzvü Əlirza Ərəfi ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.

İddialara əsasən, hadisə son günlər regionda artan hərbi gərginlik fonunda baş verib. Lakin bu məlumatla bağlı İranın rəsmi qurumları və ya digər etibarlı mənbələr tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, məlumat müstəqil şəkildə təsdiqlənməyib və hazırda yalnız sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə yayılır.

Cavid, BakuPost


Şərhlər
  • Bəhrami

    İRİ özündən 9 dəfə azsaylı (dövlətə təsir xəyaləti ilə) illərlə hücum edib, öz Ölkəsi-dövləti daha çox itgilərə məruz qalıb? Yeni Lider Əlirza Ərəfi və hakimiyyətin digər üzvlərindən hər kəsinin və hamının hüquqlarını Siyasi Təxribatlara uyub-uğramadan, çoxtərəfli diplomatiya və kəskin hüquqi iddialarla həllə çalışmalarını istərdim. Məncə, həmin doğru_Yaşıl yola ən azı özü də ciddi inhisar əsarətində qalmış BMT, TŞ, Baş Assablei daha geniş siyasi-coğrafi haqq-hüquqlu dəstək verə bilər?! Gələcək strateji də keçmiş və dünənin, hətta qonşunun belə siyasi-iqtisadi fəaliyyətinin bütöv prossesual ssenarisinın elə üstün sayılmış taktikaların da (səhv) ciddi-tənqidi təhlilini aparmadan heç bir nicat-nuru (qığılcımı) belə görünmür? Hər siyasi söz belə (cəsur-*sucaət*li uşaq hədəsi deyil?) ciddi diplomatik-Beynəlxalq Hüquqi əsaslı səslənməli deyilmi ki, heç bir etiraz olmasın?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar