Ru
13:00 / 22 May 2019

Ərini öldürən qadına 16 il həbs tələbi

2026
 

Ərini öldürməkdə ittiham edilən Vəfa Orucovanın məhkəməsi davam edib.

 

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses iyunun 7-yə təyin edilib.


Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.


Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər