Ru
15:11 / 03 Sentyabr 2025

Erkən nikahın qarşısı alındı - Restoran sahibi cəzalandırıldı

Erkən nikahın qarşısı alındı - Restoran  sahibi cəzalandırıldı
Eye

Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Bakupost.az xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar