Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu “it” adlandırıb.
Bakupost.az xəbər verir ki, bunu Rubinyan “Facebook”dakı paylaşımında bildirib.
Erməni vitse-spiker Solovyov haqqında “it hürür – karvan gedir” deyib.
O vurğulayıb ki, burada “it” deyərkən Solovyovu nəzərdə tutub və onu “rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni” kimi xarakterizə edib.
Rubinyanın sözlərinə görə, “karvan” isə “sülh və inkişaf yolunda əmin addımlarla irəliləyən Ermənistan”dır.