ABŞ Federal Rabitə Komissiyası (FRK) “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzləri yaratmaq üçün 1 milyona qədər peyk buraxmaq müraciətini təsdiqləyib. “Starmind” adlandırılan peyk şəbəkəsi süni intellekt sistemlərinin artan hesablama tələbatını qarşılamağa xidmət edəcək.
“Bakupost” xəbər verir ki, bu ABŞ tarixində kosmosda məlumat mərkəzləri şəbəkəsinin yaradılması üçün verilən ilk icazədir.
Layihə çərçivəsində böyük həcmdə məlumatı emal edə bilən hesablama modulları Yer orbitinə yerləşdiriləcək. Peyklər arasında məlumat mübadiləsi optik bağlantılar vasitəsilə həyata keçiriləcək.
FRK-nin rəhbəri Brendan Karr bildirib ki, layihə ABŞ-nin süni intellekt sahəsində liderliyini gücləndirəcək və hesablama infrastrukturu üçün yeni imkanlar yaradacaq.
Vüsalə Hüseynova,
BakuPost