Ru
13:03 / 26 Noyabr 2026

Onlara gündə 100 manat ödəniləcək

Onlara gündə 100 manat ödəniləcək
Eye

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir.

Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi təminat növlərindən asılı olmayaraq ödənilir.

Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar