Aparıcı Zaur Kamal yenidən televiziya efirinə qayıtmağa hazırlaşır.
"Bakupost" xəbər verir ki, aparıcı bu barədə "TikTok"da keçirdiyi canlı yayım zamanı danışıb.
O bildirib ki, yeni mövsümlə bağlı hazırlıqlar davam edir. Verilişin adı ilə bağlı bir neçə variantın olduğunu deyən Zaur fərqli formatda tamaşaçıların qarşısına çıxacağını açıqlayıb.
"Yeni mövsüm başlayanda efirlərimizin hansı formatda olacağını da açıqlayacağıq. Hələlik hazırlıqlar gedir. Verilişin adı ilə bağlı bir-iki variantımız var, onu da seçəcəyik. Mən artıq başqa formatda olacağam. Azərbaycan üçün yeni olacaq, möhtəşəm olacaq. Televiziya efiri olacaq", - deyə aparıcı bildirib.
Zaur Kamal canlı yayımda müğənnilərlə münasibətlərdən də söz açıb. O, çətin günlərində bəzi sənətçilərin onunla maraqlanmadığını deyib:
“Bağda ərik var idi, salam-əleyk var idi... Müğənnilərin heç yadına düşmürük. Soruşmurlar ki, kefin, əhvalın necədir, nəyə ehtiyacın var?”.
Dilay, BakuPost