Ru
13:41 / 26 Noyabr 2026

100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!

100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
Eye

Britaniya Müdafiə Nazirliyi ehtiyatdakı hərbçilərə 100 minə yaxın məktub ünvanlayıb.


"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə "Telegraf" nəşri məlumat yayıb.

Bildirilir ki, məktublarda onlara müharibə şəraitinin yaranacağı təqdirdə yenidən hərbi xidmətə cəlb olunmaq ehtimalına hazır olmaları tövsiyə edilib.

Məlumata görə, “Soyuq müharibə” dövründən sonra ilk dəfədir belə genişmiqyaslı müraciət həyata keçirilir.

Müraciətdə keçmiş hərbçilərdən şəxsi əlaqə məlumatlarını yeniləmək, hazırda çalışdıqları sahə və malik olduqları peşə bacarıqları barədə məlumat təqdim etmək istənilib.

Veteranlarla iş üzrə nazir Kelvin Beylinin sözlərinə görə, məqsəd zərurət yaranarsa, ehtiyatda olan hərbçilərlə operativ əlaqə saxlamaq və onların təcrübə və bacarıqları barədə aktual məlumatlara sahib olmaqdır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar