Moskvanın Presnensk Məhkəməsi erməniəsilli bloger Areq Şepixini ekstremizmə və milli ədavətin qızışdırılmasına çağırış işi üzrə beş il müddətinə azadlıqdan məhrum edib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Məhkəmə həmçinin onu elektron və ya informasiya-telekommunikasiya şəbəkələrinin, o cümlədən internet şəbəkəsinin inzibatçılığı ilə əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan iki il altı ay müddətinə məhrum edib.
Xatırladaq ki, erməni bloger sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib. O, Rusiya hökumətini müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyasına əsaslanaraq "proqramlaşdırmağa" çağırıb.
Bu paylaşımlardan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.