Rusiya uzun müddətdir ki, Ermənistandan öz ərazisinə meyvə-tərəvəz idxalını qadağan edir. Hökumət dairələri Rusiya məhdudiyyətlərini aşmağa çalışırlar. Sınaq nümunəsi olaraq müxtəlif ölkələrə bir neçə yük maşını məhsul göndərməklə yanaşı, alternativ bir yol da tapıblar.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan çiyələkləri Gürcüstana aparılır, oradan da Türkiyə çiyələyi adı altında Rusiyaya ixrac edilir.
Bu marşrut Tiqran Avinyanın ailəsi ilə əlaqəli istixanalardan çiyələk ixracı üçün işləyir.