Ru
19:34 / 22 İyul 2020

Ermənilər Hollandiyada azərbaycanlı jurnalistə xəsarət yetirdi - FOTOLAR

Ermənilər Hollandiyada azərbaycanlı jurnalistə xəsarət yetirdi -  FOTOLAR
Eye

Ermənilər Belçikada keçirilən aksiya zamanı azərbaycanlılara hücum edib.

Bu gün Belçika Krallığının Brussel şəhərində Azərbaycanın Belçikadakı səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiya keçirib.

Aksiyaya müxtəlif ölkələrdən Niderlanddan, Almaniyadan soydaşlarımız qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib.

Qarşıdurma zamanı ermənilər REAL-ın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına daşla ciddi xəsarət yetiriblər.

Təcili tibbi yardımın köməyindən sonra əməkdaşımız xəstəxanaya aparılıb, hazırda vəziyyəti qənaətbəxşdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar