Ermənistanda 44 günlük müharibə zamanı itkin düşən əsgərlərin valideynləri Müdafiə Nazirliyinin girişini bağlayıblar.
Bakupost.az xəbər verir ki, polis etirazçılara qarşı güc tətbiq etməyə cəhd edib.
İtkin düşənlərin ailələri Baş Qərargah rəisi Eduard Asryan və Artsax Müdafiə Ordusunun keçmiş komandanı Kamo Vardanyanla görüş tələb ediblər.
Qeyd edək ki, bu etirazlar 5 ildir ki davam edir. Sonuncu etiraz sentyabrın 27-də baş tutub. O vaxt valideynlərə görüş vəd edilmişdi, lakin vədlər boş söz olaraq qalıb.
"Hakimiyyət orqanları itkin düşənlərin taleyi ilə bağlı dəqiq cavab verə bilmir. Məsələ ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti yanında xüsusi komissiya yaradılmışdı. Lakin qurumun müxalifətə qarşı mübarizədə zəif çıxış etmiş direktoru Armen Abazyanın işdən çıxarılmasından sonra komissiyanın taleyi naməlum olaraq qalır", - deyə erməni Teleqram kanalları bildirib.
Zaur, BakuPost