Ru
10:12 / 25 İyul 2020

Azərbaycanla dostluq qurub Ermənistana silah verən daha bir ölkə üzə çıxdı - QALMAQAL

4455
Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurub, Ermənistanla hərbi -siyasi əməkdaşlıq edən, bu ölkəyə silah satan daha bir ölkə müəyyən edilib.

"BakuPost"un məlumatına görə, söhbət İordaniya Krallığından gedir.

Haqqın.az saytının hərbi mənbələrə istinadla verdiyi məlumata görə, Ermənistan ilə İordaniya arasında hərbi əməkdaşlığın təməli 2019-cu ildə Ermənistna prezidentinin bu ölkəyə səfəri zamanı qoyulub. Kral Abdulla bu ilin fevral ayında Ermənistana cavab səfəri reallaşdırdı və bu addım iki ölkə arasında hərbi əməkdaşlığı daha da sürətləndirdi. Maraqlıdır ki, səfər etdiyi heç bir ölkədə bir sutkadan artıq qalmayan kral İrəvanda düz iki gün keçirib.

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş spektri var. Bura İrəvana İordaniyada istehsal edilən silah-sursatın, o cümlədən "RPG-32" - daşınan qumbaratan kompleksin də çatdırılması daxildir. İordaniya 2013-cü ildən Rusiyadan sonra bu kompleksi istehsal edən ikinci ölkədir. Adıçəkilən kompleks bu ölkədə "Naşşab" adlandırılır.

İnformasiyalı hərbi qaynaqlar deyiblər ki, İordaniya tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı Baş qərargahın rəisi, general-mayor Yusif Huneyti kurasiya edir. Erməni tərəfdən isə layihəyə qalmaqallı silah alverçisi, hazırda Rusiyada axtarışda olan David Qalstyan cəlb edilib.

Milli Məclisin deputatı, İordaniya üzrə parlamentlərarası işçi qrupun üzvü Fazil Mustafa işğalçı Ermənistana silah-sursat yardımı edən ölkələrdən biri kimi İordaniyanın adının çəkilməsini təəssüfləndirici adlandırır. "Bu da bizim müsəlman dövləti. İrandan və Fələstindən sonra müsəlman qənimi olan işğalçı dövlətə açıq yardım göstərən üçüncü İslam Əməkdaşlıq Təşkilatının üzvü. Bunlar peyğəmbərə qarşı savaşmaq üçün əl altından onun düşmənlərinə yardım edən münafiqlərdən heç nə ilə fərqlənmirlər".

O, bildirib ki, əgər bu fakt sübuta yetirilsə, o halda illərdir üzvi olduğum Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən istefa verəcək. "Mən bütün ibadətlərini yerinə yetirən inanclı bir müsəlmanam, əgər kimsə qardaşım dediyi müsəlmanı öldürmək üçün onun düşməninə silah verirsə, yardım edirsə, ora maşınlarla ərzaq və yanacaq daşıyırsa, mənim üçün ermənidən də şərəfsizdir, ondan daha təhlükəli düşməndir. Biz Rusiya və İran kimi Ermənistana dəstək verən ölkələrlə də parlamentlərarası işçi qrupunun üzvüyük, burada qonşu dövlətlərlə münasibətləri qorumaq, bəzən də nələrəsə təsir göstərmək imkanları baxımından üzvlüyə səbrli yanaşırıq. Ancaq İordaniya bölgədə xüsusi marağı olmayan, marağı olsa belə, bunu Azərbaycan vasitəsi ilə daha rahatlıqla təmin edə biləcək bir dövlətdir. Dümənimizə yardımı sübut olunsa biz buna ancaq xəyanət deyəcəyik".

Xatırladaq ki, bundan öncə də Serbiyanın Gürcüstandan tranzit vasitəsi ilə Ermənistana silah-sursat ötürdüyü üzə çıxmışdı. Əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursat göndərib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər