Ru
15:43 / 16 Dekabr 2019

"Ermənilərin əzabları Türkiyəyə qarşı alətə çevrilib" - Erməni patriarx Maşalyan

2074
Erməni Apostol kilsəsinin yeni İstanbul patriarxı, yepiskop Sahak Maşalyan ABŞ Senatının qəbul etdiyi “erməni soyqırımı” qərarının əxlaqi olmadığını bildirib.

BakuPost xəbər verir ki, S.Maşalyanın sabah qəzetinə verdiyi bu müsahibə Ermənistanda böyük narazılıqla qarşılanıb.


Türkiyədəki və bəzi qonşu ölkələrdəki ermənilərin əsas dini rəhbəri sayılan yepiskop bildirib ki, “ermənilərin 100 il bundan öncəki əzabları” Türkiyəyə qarşı siyasi və iqtisadi təzyiqlər üçün alətə çevrilib və bu, etik deyil.

Patriarxın fikrincə, problemlər üçüncü ölkələrin parlamentlərində deyil, Türkiyə torpaqlarında yaşayan insanlar tərəfindən çözülməlidir:

"Biz istəyirik ki, Türkiyə ilə Ermənistan arasındakı əlaqələr düzəlsin, çünki tərəflər özləri danışıb problemlərin həllinə çalışmadıqca işə üçüncü, dördüncü tərəflər qarışır, hətta okeanın o tayından belə müdaxilələr olur.

İşin siyasi tərəfi var, mən siyasət adamı deyiləm, bununla bağlı danışmaq siyastətçilərə düşür. Biz erməni toplumu olaraq Türkiyəyə inteqrasiya olunmuşuq, bu ölkə ilə taleyimizi birləşdirmişik. Biz yüz il əvvəl olanları xatırlayaraq unutduq, unudaraq xatırlayırıq. Burada yaşamağı seçmişik. Bu, İstanbulun erməni icmasının seçimidir. Bizi erməni diasporundan və Ermənistan toplumundan ayıran fərq də budur. Türkiyə ermənilərindən kənar baş verən siyasi hadisələr istər istəməz bizə də təsir edir və bu, Türkiyədə bizə qarşı nifrəti artırır".


Vəsilə İbrahim

BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər