Ru
20:55 / 03 Sentyabr 2025

Ermənistan bu qərarı icra etmir

Ermənistan bu qərarı icra etmir
Eye

Ermənistanda arbitraj və mediasiya institutları fəaliyyətini davam etdirir və hökumət bu mexanizmlərin mübahisələrin həlli üçün effektiv alternativ vasitələr kimi işləməsi üçün səylər göstərir.

Bakupost.az xəbər verir ki, bunu Üçüncü Beynəlxalq Arbitraj Həftəsində jurnalistlərə ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Beynəlxalq arbitraj qərarlarının icrası məsələsinə toxunan Qalyan deyib ki, Nyu-York Konvensiyası dövlətin arbitraj qərarını könüllü yerinə yetirmədiyi halda məcburi icra üçün mexanizmlər nəzərdə tutur və bu, məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Onun sözlərinə görə, hazırda söhbət təminat tədbirləri ilə bağlı qərardan gedir və hökumət onu hələ könüllü şəkildə icra etmir. Eyni zamanda, məhkəmələr qərarı ictimai qaydaya zidd hesab edərsə, onu icra etməmək imkanı da mövcuddur.

Qeyd edək ki, “Ermənistan Elektrik Şəbəkələri” ilə bağlı hökumətin qəbul etdiyi qərar arbitraj məhkəməsində qanunsuz hesab olunub.

Şərhlər
  • B.Kolxozdar

    Bir sıra dövlət qurumlarının fəaliyyət nəzərə çarpan geniş çatışmazlıq deyilmi? Bir sıra hallarda onlarla vətəndaşı aldadan, hüququ yan keçən dələduz və cinayətkarları operativ gerçək izahata, mühakiməyə cəlb etmək əvəzinə zərər çəkəni (təkrarən, lüzumsuz) vəkillə sübut üçün məhkəməyə göndərirlər? Ədliyyənin əsas təyinatı-məramı anlaşılmır? Dələduzun, cinayətkarın sanki, sübutdan, zərərin ödənməsi, ya digər cərimə və cəzadan uzaqlaşmasına *şans*-zaman verilir? Hər hüquqi pozuntu və dələduzluğa qarşı operativ ciddi tətbiqlər olmalıdır ki, tamamilə, yox dərəcəsində azalsın!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar