Ru
18:36 / 12 May 2026

Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı

Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
Eye

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan məzuniyyət götürərək İrəvana qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.

“Məzuniyyətdəyəm, Ermənistandayam, dünən gəlmişəm. Keçən ilki məzuniyyətimi istifadə etmək qərarına gəlmişəm”, - Arsenyan qeyd edib.

Xatırladaq ki, Qurgen Arsenyan bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində Rusiya əleyhinə sərt bəyanatlar verməsinə görə onunla sərt söhbətin aparıldığı bildirib. Ermənistan mediası görüşdə İrəvana notanın verildiyini yazsa da, Qurgen Arsenyan bunu təkzib edərək, sadəcə şifahi söhbətin aparıldığını iddia edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar