Ermənistan İctimai Televiziyasının efirində jurnalistlə bloger arasında dava düşüb.
"Bakupost" xəbər verir ki, insident tok-şounun çəkilişi zamanı baş verib.
Məlumata görə, bloger Arutyun Mkrtçyanla müxalif jurnalist Boris Murazi arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.