Ru
19:32 / 24 Noyabr 2025

Ermənistanda güclü yanğın: Alov Tavuşun sərhədinə yaxınlaşdı

Ermənistanda güclü yanğın: Alov Tavuşun sərhədinə yaxınlaşdı
Eye

Geqarkunikdə baş verən böyük yanğın Tavuş vilayətinin inzibati sərhədinə yaxınlaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ətraf Mühit Nazirliyinin məlumatına əsasən, artıq dördüncü gündür davam edən yanğının söndürülməsində DİN-in Xilasetmə Xidmətinin çoxsaylı briqadaları, həmçinin helikopter cəlb edilib. Ərazinin relyefinin mürəkkəb olması yanğının söndürülməsini çətinləşdirir. Bəzi sahələrdə yanğın məhdudlaşdırılsa da, alovun yayılmasını tamamilə dayandırmaq hələ mümkün olmayıb. Quru və küləkli hava şəraiti yanğının daha da yayılmasına səbəb olur.

Bundan başqa, Dilijan rayonunda, tunel yaxınlığında, eləcə də Ovk və Yenokavan kəndləri ərazisində yanğın baş verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar