Ru
18:30 / 01 Dekabr 2025

Ermənistanda müxalif deputat həbsdən azad edildi

Ermənistanda müxalif deputat həbsdən azad edildi
Eye

Ermənistanda müxalif deputat Artur Sarkisyan həbsdən azad edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Deputatın vəkili Aram Vardevanyanın sözlərinə görə, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəzləyib. O, 50 min ABŞ dollarından çox girov qarşılığında sərbəst buraxılıb.

“Hayastan” fraksiyasının nümayəndəsi və arxiyepiskop Baqrat Qalstanyanın tərəfdaşı olan Sarkisyan bu ilin iyul ayında “konstitusiya quruluşunu devirmək məqsədilə terror aktları hazırlamaqda” ittiham olunaraq həbs edilib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar