Ru
20:57 / 13 May 2026

Ermənistanda seçki kampaniyası: Seçicilərə rüşvət verən şəxslər həbs edildilər

Ermənistanda seçki kampaniyası:  Seçicilərə rüşvət verən şəxslər həbs edildilər
Eye

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Rusiyada fəaliyyət göstərən sahibkar Samvel Karapetyanın sədrlik etdiyi "Güclü Ermənistan" partiyasının xeyrinə səs toplamaq məqsədilə vətəndaşlara rüşvət verən bir neçə nəfərin saxlanıldığını elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Komitənin rəsmi açıqlamasında qeyd olunur ki, S.Karapetyan tərəfindən yaradılmış "Bizim Yolumuza Görə" ictimai təşkilatının ofis rəhbərinin səsvermə qarşılığında seçicilərə rüşvət təklif etdiyini təsdiqləyən real dəlillər aşkar edilib.

Vurğulanır ki, seçki prosesi rəsmən elan edildikdən sonra həmin vəzifəli şəxs İrəvanda yaşayan bir seçiciyə cərrahi əməliyyat xərclərini ödəmək bəhanəsi ilə, "xeyriyyəçilik" pərdəsi altında pul verib.

Qurum faktla bağlı cinayət işinin başlandığını, əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini və bəzi şəxslərin nəzarətə alındığını bildirib. Saxlanılan şəxslərin dəqiq sayı barədə hələlik rəsmi məlumat verilmir.

Xatırladaq ki, Samvel Karapetyana məxsus siyasi partiya nümayəndələrinin adları əvvəllər də seçki rüşvəti ilə bağlı cinayət işlərində hallanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar