Ru
20:48 / 21 May 2026

Ermənistanda seçki saxtakarlığı: Rusiyalı milyarderin partiya üzvləri rüşvətə görə saxlanıldılar

Ermənistanda seçki saxtakarlığı: Rusiyalı milyarderin partiya üzvləri rüşvətə görə saxlanıldılar
Eye

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının üzvlərini saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə komitənin rəsmi saytında xəbər yerləşdirilib.

Məlumata əsasən, seçicilərin səslərini satın almaqda şübhəli bilinən şəxslərlə bağlı Alaverdi şəhərində xüsusi əməliyyat keçirilib.

"Lori əyalətinin Alaverdi şəhərində yerləşən "Güclü Ermənistan" partiyasının ofisində məsul şəxsin digər şəxslərlə birgə, parlament seçkisində partiyanın lehinə səs vermələri müqabilində seçicilərə rüşvət payladığına dair təkzibolunmaz sübutlar əldə edilib. Onların bu cinayətkar fəaliyyəti gizlətmək üçün vətəndaşlara payladıqları məbləğləri partiya ofislərində görülən işlər müqabilində verilən əməkhaqqı kimi qələmə verdikləri müəyyən olunub", - deyə rəsmi açıqlamada bildirilib.

Komitə faktla bağlı cinayət işinin açıldığını, axtarışların aparıldığını və bir neçə şəxsin saxlanıldığını bəyan edib. Hazırda saxlanılan partiya tərəfdarlarının dəqiq sayı açıqlanmır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar